Türkiyə millisinin üzvü “Beşiktaş”ı “Fənərbaxça”ya dəyişdi
“Beşiktaş” futbolçusu Cenk Tosunla yolları ayırıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Tosun 2014-2018-ci illərdə İstanbul təmsilçisində oynayıb. O, daha sonra “Everton” və “Kristal Pelas”da çıxış edib. Türkiyə futbolçu 2021-ci ildə yenidən “Beşktaş”a qayıtmışdı.
“Beşiktaş”dan ayrılan Cenk Tosunun yeni klubu da müəyyənləşib. O, karyerasını “Fənərbaxça”da davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. Türkiyəli oyunçu ilə razılıq əldə olunub. Futbolçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin