Türkiyə millisinin sabiq üzvü 1-ci liqa klubunda
Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinç “Fatih Karagümrük” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını 1-ci liqada mübarizə aparan “Kocaelispor”da davam etdirəcək.
Bu barədə onun yeni klubu məlumat yayıb. Təcrübəli futbolçu Kocaeli təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Erdinç ötən ilin yayından “Fatih Karagümrük”də çıxış edirdi. O, İstanbul təmsilçisində meydana çıxdığı 32 oyunda 4 qol vurub. Türkiyə millisində də oynamış forvard, karyerası ərzində “Soşo”, PSJ, “Renn”, “Sent Etyen”, “Hannover”, “Genqam”, “Mets”, “Başakşəhər”, “Antalyaspor” və “Fənərbaxça”nın da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin