Türkiyə millisinin sabiq məşqçisi Azərbaycan klubu ilə anlaşıb
Türkiyə millisinin sabiq məşqçisi Cengiz Akarçeşmə qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ilə anlaşıb.
Komanda.az kluba istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Onun qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokuboklarda maksimum nəticə göstərmək hədəfi qoyulub. Komanda bu mövsüm “Çağırış Kuboku”nda çıxış edəcək.
27 ildir məşqçiliklə məşğul olan Cengiz Akarçeşmə müxtəlif klublarla yanaşı, Türkiyənin U-17, U-18 və əsas yığmasında da fəaliyyət göstərib.
“Azərreyl” “Çağırış Kuboku”nun 1/32 finalında Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gələcək. Oyunlar oktyabrda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin