Millinin keçmiş hücumçusu 44 yaşında vəfat edib
Türkiyə millisinin sabiq hücumçusu Ersen Martin 44 yaşında ürək xəstəliyindən vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
2022-ci ilin may ayında futbolçu infarkt keçirib və bundan sonra iflic olub. O, ölənə qədər xəstəxanada qalıb. Türkiyə mətbuatının məlumatına görə, 2024-cü ilin martında futbolçunun vəziyyəti pisləşib. O, süni nəfəs aparatına qoşulub, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Martin bu illər ərzində “Nürnberq”, “Beşiktaş”, “Trabzonspor”, “Sivasspor” və digər klublarda çıxış edib. O, ilk dəfə 2004-cü ildə Türkiyə millisində forma geyinib. Mərhum futbolçu ümumilikdə millinin heyətində 3 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin