Türkiyə millisinin 2 oyunu Bakıda keçiriləcək
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempiontının Bakıda baş tutacaq oyunlarının təqvimi müəyyənləşib.
Komanda.az xəbər verir ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək.
İyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.
Bundan başqa 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.
Qeyd edək ki, AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. İtaliya da AÇ-nin ev sahiblərindən biri olduğu üçün, bu komandanın iştirakı ilə baş tutacaq oyunlar Bakıda keçirilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin