“Yuventus”la “Milan” “Fənərbaxça”nın futbolçusunu istəyir
Türkiyə milli komandasının və “Fənərbaxça”nın qapıçısı Altay Bayındır karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 23 yaşlı qapıçı ilə “Yuventus” və “Milan” yaxından maraqlanır. Bu barədə “TRT Spor” kanalı məlumat yayıb. Hər iki klubun yaxın zamanda “Fənərbaxça” ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.
“Fənərbaxça” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan Altayın “transfermarkt”da dəyəri 14 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin