Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi
Türkiyə milli komandasının və “Beşiktaş”ın sabiq futbolçusu Olcay Şahan karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi “tvitter” hesabında paylaşım edib. O, futbolçu karyerasını bitirməyi qərara aldığını bildirib.
Son klubu “Yeni Malatyaspor” olan Şahan, karyerası ərzində Türkiyədə “Beşiktaş”, “Trabzonspor”, “Dənizlispor”, Almaniyada “Fortuna” (Düsseldorf), “Bayer”, “Borussiya” (Münhenqladbax) kimi komandalarda çıxış edib. O, Türkiyə yığmasında 29 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin