Hakan: “İtaliya ilə qorxaraq oynamayacağıq”
Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlu AÇ-2020-nin qrup mərhələsində İtaliyaya qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi, İtaliya ilə qorxaraq oynamayacaqlarını deyib:
“İlk oyun olduğuna görə bizim üçün çox vacib olacaq. İnşallah, yaxşı başlayacağıq. İtaliya çox güclüdür və yaxşı heyətə malikdir. Bizim komandamız da yaxşıdır. Matça yaxşı hazırlaşacağıq.
Məncə, bizi yaxşı tanıyırlar. İtaliya çempionatından çox dostlarım var. Böyük danışmaq istəmirəm. İtaliya ilə qorxaraq oynamayacağıq. Qələbə qazanmaq üçün gedəcəyik”.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Türkiyə yığması turnirdə İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq. Türkiyə ilk matçını iyunun 11-də, Romada İtaliyaya qarşı keçirəcək.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin