“Bunun türk xalqına hədiyyə edilmiş 3 xal olduğunu düşünürəm” – Kunts
Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts DÇ-2022-nin seçmə mərhələsində Latviyaya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Kunts, Burak Yılmazın 90+9-cu dəqiqədə vurduğu qolla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Bu, bir qələbədir və üç xalı qazandıq. Belə matçlarda son dəqiqələrdə vurulan qolla qələbə qazanmaq çox xüsusi olur. Futbolçularım buraxılan qola yaxşı reaksiya verdilər. İnandılar. Bu qələbə emosional alındı.
9 xala ehtiyacımız var. Bu, sadəcə üç xal idi. Bunun türk xalqına hədiyyə edilmiş üç xal olduğunu düşünürəm”.
Latviya – Türkiyə matçı 1:2 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin