Şenol Günəş: “Mən yalvara-yalvara gəlmədim, amma mənə yalvardıqlarını düşünürəm”

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsində Niderlanda məğlub olduqları oyundan sonra (1:6) fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Günəş, matç zamanı türk azarkeşlərin “istefa” şüarları səsləndirməsi ilə bağlı bunları deyib:

“Nə edəcəyimlə bağlı danışaram, ancaq meydana çıxanda “istefa” şüarları səslənirsə, hər kəs aldığım maaşdan danışırsa və tez-tez nə zaman gedəcəyimi soruşurlarsa, bunun Türkiyə futboluna faydası olmayacaq. Meydana çıxan rəhbərlik deyil. Bütün məsuliyyət məndədir. Türkiyədə bir sistem qurulub. Alanda yalvarırsan, aldıqdan sonra söyürsən. Bu, düzgün deyil. Meydanda olan futbolçular məsuliyyətdən qaçmamalıdır. İki oyun udduq, möhtəşəm olduq, birini uduzduq, pis.

Qərar verəndə işlədiyiniz qurumun rəhbərliyi ilə danışar, sonra qərar verərsiz. Hazırda vəziyyət yaxşı deyil. Xoşbəxt deyiləm, narahatam.

Bu heyətə inancım tamdır. Oyunu uduzduq və heyətin də rəhbəri mən idim. Nə olduğunu anlamıram. Mirça Luçesku gedəndə mənə gəlməyimə görə yalvaranlar 6 ay sonra məni günahkar edirlər. Mənə olur, başqasına olmasın. İstəmirəm ki, mən gedəndən sonra gələn baş məşqçi bunları yaşasın. Mən yalvara-yalvara gəlmədim, amma mənə yalvardıqlarını düşünürəm. Onsuz da heç kim burda əbədi qalmayacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button