Türkiyə – Latviya oyununda azarkeşlər da olacaq
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə və Latviya yığmaları arasındakı oyunu azarkeşlər də izləyə biləcək.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə martın 30-da İstanbuldakı Atatürk Olimpiya stadionunda təşkil olunacaq qarşılaşmada azarkeşlərin iştirakına icazə verildiyi diqqətə çatdırılıb. Belə ki, sözügedən arenanın tribunalarının 15 faizlik hissəsində tamaşaçılar yer ala biləcək. Lakin bu icazə istisna hal kimi tətbiq olunacaq.
Azarkeşlər üçün bütün sağlamlıq tədbirləri və HES kodu məcburi olacaq. Biletlərlə bağlı əlavə məlumat veriləcək.
2002-ci ildən istifadə edilən Atatürk Olimpiya stadionu 76760 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, G qrupundakı 3-cü turun Türkiyə – Latviya matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Türkiyə millisi əvvəlki turlarda Niderlanda 4:2, Norveçə isə 3:0 hesabıyla qalib gəlib.
Bizi Facebook-da izləyin