Türkiyə kubokunun qalibi “Qalatasaray” oldu

Futbol üzrə Türkiyə kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Qalatasaray”la “Akhisarspor” üz-üzə gəlib.

Sivasda keçirilən final qarşılaşmasında hesabı kubokun sonuncu qalibi olan “Akhisarspor” açıb. Amma 78-ci dəqiqədə azlıqda qalan bu komanda qalan dəqiqələrdə ardıcıl 3 qol buraxmaqla meydanı məğlub tərk edib. Beləcə, “Qalatasaray” Türkiyə kubokunun qalibi olub. Bununla da İstanbul təmsilçisi tarixində 18-ci dəfə kuboku başı üzərinə qaldırıb.

Türkiyə kuboku, final

15 may

Akhisarspor – Qalatasaray 1:3
Qol
: Manu, 57 – S.Gümüş, 80-pen. Fequli, 88. Diane, 90.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button