Türkiyə Kuboku: Meydan sahiblərinin günü
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilməsi nəzərdə tutulsa da, onlardan biri güclü qar yağışı səbəbindən baş tutmayıb. Baş tutan oyunlara gəlincə, “Kayserispor” doğma meydanda “Akhisarspor”a uduzub. Altı qolun qeydə alındığı “Antalyaspor” – “Göztəpə” qarşılaşması isə heç-heçə başa çatıb.
İkinci oyun günündə 3 qarşılaşma keçirilib. “Yeni Malatyaspor” “Bodrumspor”la 5 qolluq matçdan çətin qələbə ilə ayrılıb. “Başakşəhər” “Hatayspor”u, “Trabzonspor” isə “Balıkəsirspor”u məğlub yola salıb.
Türkiyə Kuboku, 1/8 finalın ilk oyunları
15 yanvar
Kayserispor – Akhisarspor 1:2
Antalyaspor – Göztəpə 3:3
Boluspor – Qalatasaray matçı təxirə salınıb
16 yanvar
Yeni Malatyaspor – Bodrumspor 3:2
Başakşəhər – Hatayspor 1:0
Trabzonspor – Balıkəsirspor 2:1
17 yanvar
19:30. Alanyaspor – Kasımpaşa
21:30. Ümraniyəspor – Fənərbaxça
Bizi Facebook-da izləyin