İsrailli futbolçu Türkiyədə saxlanıldı – Ölkəsinə dəstəyə görə

“Antalyaspor” klubunun futbolçusu Saqiv Yehezkel saxlanılıb.

Komanda.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb onun Super Liqanın son turunda “Trabzonspor”la keçirilən oyunda qol vurduqdan sonra İsrailə dəstək nümayişi olan jest etməsidir. Futbolçu qol sevincini bölüşərkən biləyində “100 gün… 7 oktyabr” yazısını göstərib ki, bu da İsraillə Fələstinin Qəzza bölgəsində apardığı müharibəyə işarədir.

“Antalyaspor” isə 28 yaşlı müdafiəçinin komandadan kənarlaşdırıldığını və onunla müqaviləsinin ləğv edilməsi üçün işlərə başlanıldığını açıqlayıb.

Türkiyə Futbol Federasiyası da yaydığı açıqlamada Saqiv Yehezkeli qınayıb və onun hərəkətinin yolverilməz olduğunu bildirib.

2023-cü ilin yayından “Antalyaspor”da çıxış edən İsrail millisinin üzvünün klubu ilə 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button