
Türkiyə klubunun avtobusu aşdı – Yaralananlar var
Türkiyənin 1-ci liqa təmsilçisi “Dənizlispor” xoşagəlməz hadisə ilə üzləşib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın oyunçularını daşıyan mikroavtobus aşıb.
Çempionatın son turunda – dünən səfərdə “Boluspor”a 0:3 hesabı ilə uduzan komanda matçın ardından Dənizliyə qayıdarkən hadisə baş verib. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Dərhal xəstəxanaya çatdırılan həmin şəxslərin həyati təhlükəsinin olmadığı açıqlanıb.
“Dənizlispor” hazırda 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin