Türkiyə klubunda istefa
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Komanda.az xəbər verir ki, “Qaziantep” Marius Şumudika ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Şumudika 2023-cü ilin oktyabr ayından “Qaziantep”i çalışdırırdı.
Komanda Super Liqada 28 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin