Türkiyə klubunda israilli futbolçu

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi israilli yarımmüdafiəçi Dia Sabanı transfer edib.

Bu barədə Sivas klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Saba geridə qalan mövsümü Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda keçirib. Peşəkar karyerasına “Beytar” (Tubruk) komandasında başlamış yarımmüdafiəçi, ölkəsində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Beer Şeva), “Bney Saxnin”, “Makkabi” (Petah Tikva) və “Makkabi” (Netanya) klublarının da formasını geyinib. O, “Əl-Nəsr”dən öncə Çinin “Quançjou” klubunda da legioner həyatı yaşayıb. Hücumameylli yarımmüdafiəçi karyerası ərzində 290 matça çıxıb, 96 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub. O, İsrail yığmasında da 11 oyuna 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button