Türkiyə klubunda Dan Petresku dönəmi

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Dan Petresku çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumın mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Petresku “Kayserispor”a bu mövsüm rəhbərlik edən üçüncü məşqçi olacaq. Mövsümə Bayram Bektaşla başlayan Kayseri təmsilçisi daha sonra Samet Aybabaya tapşırılmışdı. Super Liqada geridə qalan 16 tur ərzində cəmi 10 xal toplamış “Kayserispor” 21 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Pan Petreskunun sonuncu iş yeri ötən mövsüm çalışdırdığı ÇFR (Kluj) olub. 53 yaşlı mütəxəssis “Rapid” (Buxarest), “Visla” (Krakov), “Kuban” (Krasnodar), “Dinamo” (Moskva) kimi klublara da rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button