Türkiyə klubunda 6 ayrılıq
Türkiyənin “Sivasspor” klubu 6 futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Sivas təmsilçisi Aruna Kone, Robin Yalçın, Sergey Rıbalka, Klaudemir, Kazimir Ninqa və Tayler Boyd ilə vidalaşıb. Bu futbolçuların klubla müqaviləsinin müddəti bitib və tərəflər yeni sözləşməyə ehtiyac duymayıblar.
Hər birinə xidmətlərinə görə təşəkkür edən “Sivasspor”, futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin