Türkiyə klubu yeni baş məşqçisini açıqladı

Türkiyənin “Ərzurumspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İsmail Kartalla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə yeni baş məşqçi ilə prinsipial razılıq əldə olunduğu diqqətə çatdırılıb. Kartalın tezliklə yeni klubu ilə rəsmi müqavilə imza atması və işinə başlaması gözlənilir.

Qeyd edək ki, “Ərzurumspor”da son olaraq Mesut Bakkalla yollar ayrılmışdı. Super Liqadakı son 6 oyunda qələbəyə həsrət qalan Ərzurum təmsilçisi cari mövsümdə 27 xal toplaya bilib və 19-cu sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button