Türkiyə klubu şokda: 11 nəfər koronavirusa yoluxdu
Türkiyənin “Akhisarspor” klubunda 11 nəfər koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu, 1-ci liqa klubunun keçirdiyi koronavirus testinin nəticəsində bəlli olub. Virusa yoluxanlar arasında komandanın baş məşqçisi Yılmaz Vural da var.
Nəticəsi müsbət çıxan şəxslərdən 3-ü futbolçudur. Yoluxanlar arasında məşqçilərin və klub işçilərinin olduğu da bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin