
“Qalatasaray” “Tottenhem”in hücumçusu ilə maraqlanır
“Tottenhem”in braziliyalı hücumçusu Riçarlisonun karyerasını Türkiyə Super Liqasında davam etdirmək ehtimalı var.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı forvardla “Qalatasaray” maraqlanır.
“Transfermarkt” portalı Riçarlisonun bazar dəyərini 20 milyon avro qiymətləndirir. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Riçarlison son İngiltərə Premyer Liqası mövsümündə London klubunun heyətində 15 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin