Türkiyə klubu Gürcüstan millisinin futbolçusunu transfer edib

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi gürcü yarımmüdafiəçi Georgi Aburcaniya və serb müdafiəçi Nikola Maksimoviçlə güclənib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Aburcaniya Portuqaliyanın “Jil Visente” klubundan azad agent kimi ayrılaraq Hatay təmsilçisinə keçib. O, Gürcüstan millisində 38 matça çıxıb, 1 qol vurub.

Maksimoviçin son iş yeri isə İtaliyanın “Cenoa” klubu olub. 31 yaşlı futbolçu 2022-ci ilin sentyabrında sözügedən klubdan ayrılandan bəri işsiz idi. Mərkəz müdafiəçisi Serbiya yığmasında 25 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button