Türkiyə klubu 2 ay əvvəl “sükan”ı tapşırdığı baş məşqçini qovdu

Türkiyənin Super Liqa təmsilçisi “Adana Dəmirspor” iki ay əvvəl müqavilə imzaladığı baş məşqçi Maykl Valkanisi istefaya göndərib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın cari mövsümdə uğursuz nəticələrinə görə yola salınıb.

50 yaşlı mütəxəssis iyul ayında klubla 1+1 illik müqavilə imzalamışdı.

“Adana Dəmirspor” Super Liqada 1 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button