Türkiyə Futbol Federasiyasının prezidenti istefa verib
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir istefa verib.
Komanda.az xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Mehmet Arslan çıxış edib. O, “tvitter” səhifəsində Özdəmirin postundan ayrılmaq qərarına gəldiyini yazıb. Amma TFF məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Nihat Özdəmir 2019-cu ilin iyununda TFF prezidenti seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin