Türkiyə – Azərbaycan matçının başlama saatı açıqlandı

Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv “ay-ulduzlular”la qarşılaşmadan sonra – iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişinyovda Moldova yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button