
Türk jurnalist UEFA-nı İsrailə görə ittiham etdi
Türkiyəli jurnalist Yağız Sabançıoğlu UEFA-nı İsraili beynəlxalq turnirlərdən uzaqlaşdırmaması ilə bağlı mövqeyinə görə tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qurumun sponsorların təzyiqi səbəbindən məsələni səsverməyə çıxarmadığını və ya məsuliyyəti digər təşkilatların üzərinə atmağa çalışdığını bildirib:
“Söhbətlər gəzir ki, UEFA səsverməni sponsorların təzyiqi səbəbindən təxirə salıb və ya məsuliyyəti başqa təşkilatların üzərinə qoyacaq. Rusiyanı turnirlərdən səsverməsiz uzaqlaşdıranların ikili yanaşmasıdır bu. Onlar açıq-aşkar “gəlin, İsraili dəstəkləyək” deyirlər. Bu, utancdır”.
Rusiyanın bütün klubları və yığmaları Ukraynadakı işğalçı müharibəsinə görə FİFA və UEFA-nın qərarı ilə beynəlxalq turnirlərdən kənarlaşdırılıb. İsrail isə Fələstinə hücumlara görə dünya ictimaiyyəti tərəfindən qınanılır.
Bizi Facebook-da izləyin



