Türk hücumçu Fransa klubunun ən yaxşısı seçildi
Futbol üzrə Türkiyə millisinin kapitanı Burak Yılmaz Fransanın “Lill” klubunda 2020/21 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
“Lill” bununla bağlı azarkeşləri arasında sorğu keçirib. Burak Yılmaz səsvermədə 1-ci olub. 35 yaşlı hücumçu 52.5 faiz səs toplayıb. Mayk Menyan 2-ci (28.7 faiz səs), Benjamin Andre (9.6 faiz səs) 3-cü olub.
Qeyd edək ki, Burak geridə qalan mövsümdə bütün turnirlər çərçivəsində meydana çıxdığı 33 matçda 18 qola imza atıb. Onun komandası isə Liqa 1-də çempion olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin