Aktürkoğlu rusların 3,5 milyon avroluq maaş təklifindən imtina edib

Türkiyəli yarımmüdafiəçi Kərəm Aktürkoğlu “Spartak”a (Moskva) keçmək fürsətindən imtina edib.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, Rusiya klubu türkiyəli fotbolçu üçün 12 milyon avro və bonuslar, özünə isə mövsüm başına 3,5 milyon avro maaş təklif edib. Belə bir təklif “Qalatasaray”ı cəlb etsə də, Aktürkoğlu bundan imtina edib.

O, daha yüksək statuslu çempionata keçmək istəyir. Belə bir keçid baş tutmazsa, Türkiyə millisinin futbolçusu “Qalatasaray”da oynamağa davam edəcək.

“Spartak” hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button