Türkiyə millisinin üzvü Bundesliqa klubu ilə müqavilə imzaladı
Türk futbolçu Ömər Faruk Beyaz Almaniyanın “Ştutqart” klubu ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi Bundesliqa təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ömər “Ştutqart”a azad agent kimi keçib. Bundan əvvəl “Fənərbaxça”da çıxış edən yarımmüdafiəçi, 21 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin