Türk futbolçu “Nyukasl”dan ayrılmaq istəmir

“Nyukasl”ın yarımmüdafiəçisi Baran Yıldız komandadan ayrılmaq istəmədiyini açıqlayıb.

Daha əvvəl “Gənclərbirliyi”ndə çıxış edən türk futbolçu qış transfer pəncərəsində “sağsağanlar”a qoşulub. Onun yayda icarəyə göndəriləcəyi gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı oyunçu Türkiyəyə qayıtmaq fikrində olmadığını deyib:

“Türkiyəyə qayıtmaq fikrində deyiləm. Başqa bir ölkədən təklif gəlsə də, ayrılmaq istəmirəm. Bu, dünyanın ən yaxşı liqasıdır, burada qalmaq istəyirəm. Bruno Fernandes və Martin Odeqardla qarşılaşmaq istəyirəm. Onların hər ikisi yüksək səviyyəli oyunçulardır, onlarla tanış olmaq istərdim”.

Baran Yıldız “Nyukasl”a keçdikdən sonra gənclər komandasında 4 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button