Çağlar Söyüncü İspaniya klubu ilə razılığa gəlib
“Lester”in müdafiəçisi Çağlar Söyüncü “Atletiko”ya keçə bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Madrid klubu ilə ilkin razılığa gəlib. 26 yaşlı türkiyəli futbolçunun 2023-cü ilin yayında azad agent olaraq İspaniya təmsilçisinə qoşulacağı ehtimal edilir.
Futbolçunun “Lester”lə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Qaydalara əsasən, o, yanvardan etibarən digər klublarla danışıqlar apara bilər.
Söyüncü bu mövsüm “Lester”in heyətində 2 oyuna çıxıb. O, zədə səbəbindən əksər matçlarda iştirak edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin