Türk futbolçu İngiltərə klubunda

“Xetafe”nin hücumçusu Enes Ünal karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi türk forvardı “Bornmut”a icarəyə verib. 

Enes mövsümün ikinci yarısını Premyer Liqada keçirəcək. “Bornmut” yayda 16,5 milyon avro ödəyərək 26 yaşlı futbolçunun transfer hüququna yiyələnə biləcək.

“Xetafe” Enes Ünalı 2020-ci ilin yayında “Vilyarreal”dan transfer edib. Türkiyə millisinin üzvü İspaniya klubunun heyətində bu mövsüm meydana çıxdığı 5 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button