Türk futbolçu Avropa Liqasının tarixinə keçdi
“Lill”in UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Milan”a 3:0 hesabı ilə qalib gəldiyi oyun futbolçusu Yusuf Yazıçı üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, Fransa klubunun hər 3 qolunun müəllifi olan türkiyəli futbolçu turnirin tarixinə düşüb. Belə ki, Yazıçı Avropa Liqasının tarixində bir mövsümdə 2 səfər oyununda het-trik edən ilk futbolçu olub. O, daha əvvəl “Sparta”yla oyunda (4:1) 3 qol vurub.
Yazıçı cari mövsümdə turnirin bombardirlər siyahısına da başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin