Türk futbolçu Avroliqanın tarixinə düşdü
Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Niderland “Ayaks”ı ilə oyun Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin 1:2 hesabıyla uduzduğu oyunda komandasının yeganə qoluna imza atan Türkiyə millisinin üzvü, Avroliqanın bir mövsümündə ən çox qol vuran türk futbolçu olub.
“Ayaks”la oyuna qədər 6 qolu olan futbolçu bu görüşdə də fərqlənməklə rəqib qapılarından keçirdiyi topların sayını 7-yə çatdırıb. Yusuf Avroliqanın qrup mərhələsində “Milan” (İtaliya) və “Sparta” (Praqa, Çexiya) ilə oyunlarda da het-trikə imza atmışdı. Bu üzdən 24 yaşlı futbolçu iki dəfə həftənin ən yaxşı oyunçusu da seçilmişdi.
Qeyd edək ki, “Lill” “Ayaks”a 1:2 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin