“Tək “Fənərbaxça” üçün deyil, mənim üçün də bir xəyal gerçək olur” – Özil

Türk əsilli almaniyalı futbolçu Məsut Özil “Fənərbaxça”ya keçidini tamamlamaq üçün Türkiyəyə gəlib.

Komanda.az xəbər verir ki, Özil, İstanbulda yerli mətbuata açıqlama verib. 32 yaşlı yarımmüdafiəçi çox həyəcanlı olduğunu deyib:

“Çox həyəcanlıyam. Hər zaman “Fənərbaxça” azarkeşi olduğumu demişəm. Tək “Fənərbaxça” üçün deyil, mənim üçün də bir xəyal gerçək olur. Formanı geyinməyi səbirsizliklə gözləyirəm, inşallah, komanda yoldaşlarımla uğur qazanarıq”.

“Fənərbaxça” yaxın zamanda Özillə rəsmi müqavilə imzalayacaq.

Özil hazırda İngiltərənin “Arsenal” klubuna məxsusdur. Yarımmüdafiəçi London təmsilçisi ilə müqaviləni ləğv etmək üçün razılığa gəlib. Özil 2020-ci ilin martından heç bir rəsmi oyunda iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button