Həmişə Mane ilə oynamaq istəyib
“Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Yaya Ture maraqlı açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, həmişə hazırda “Bayern”də forma geyinən Sadio Mane ilə birlikdə oynamaq istədiyini açıqlayıb:
“Həmişə Mane ilə birlikdə oynamaq istəmişəm. Mən “Mançester Siti”, Sadio isə “Sauthempton” klubunda çıxış edərkən ona böyük hörmət bəsləyirdim. Hətta klub rəhbərliyindən xahiş etmişdim ki, onu transfer etsinlər. Lakin bu, baş tutmadı.
Yurgen Klopp (“Liverpul”un baş məşqçisi) onu kəşf etdi və nəticədə, Mane onun sərəncamında çıxış etdi. “Liverpul” üçün nələr etdiyini izləmişik. O, əla futbolçudur. Sadionu oyunçu kimi bəyənirəm”.
Mane 2014-2016-cı illərdə “Sauthempton”da, 2016-2022-ci illərdə isə “Liverpul”da çıxış edib. O, Mersisayd təmsilçisi ilə 2019-cu ildə Çempionlar Liqasının, 2019/20 mövsümündə isə İngiltərə Premyer Liqasının qalibi olub.
Ture karyerası ərzində “Olimpiakos” (2005-2006; 2018), “Monako” (2006-2007), “Barselona” (2007-2010), “Mançester Siti” (2010-2018) kimi klublarda forma geyinib.
Bizi Facebook-da izləyin