“Turan” və “Kəpəz”in veteranları arasında yoldaşlıq oyunu keçirilib

“Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda reallaşan matç məhsuldar heç-heçə ilə yekunlaşıb – 5:5.

Yoldaşlıq görüşü “Turan”un çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar baş tutub.

“Turan”ın heyətində Etimad Qurbanov, Musa Qurbanov (2), Nizami Ocaqverdiyev və Qurban Qurbanov fərqləniblər. Gəncəlilərin qollarını isə Mətləb Məmmədov, Rövşən Əhmədov, Ceyhun Tanrıverdiyev, Kamal Hüseynov və Rəhman Əzizov vurublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button