“Turan Tovuz”un yoxlama matçı təxirə salındı
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz”un bu gün keçirməli olduğu ilk yoxlama görüşü təxirə salınıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rumıniyanın “Voluntari” komandası ilə qarşılaşma əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün baş tutmayacaq.
Tərəflər matçın yanvarın 10-da keçirilməsini razılaşdırıblar. “Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
“Turan Tovuz” yanvarın 15-də daha iki oyun keçirəcək. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin