
“Turan Tovuz”un “Traktor”la yoxlama matçının tarixi bilindi
Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində İranın “Traktor” komandası ilə keçirəcəyi yoxlama matçının tarixi müəyyənləşib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən mlumat verilib.
İran çempionatının son qalibi ilə görüş iyulun 29-da baş tutacaq.
Oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



