“Turan Tovuz”un məşqçisinin oğlu intihar etdi
Tovuz rayonunda intihar hadisəsi baş verib.
Komanda.az xəbər verir ki, rayonun Əlimərdanlı kənd sakini, 22 yaşlı Ocaqverdiyev Xaqani Nizami oğlu özünü asaraq intihar edib. Onun tələbə olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Report)
Ocaqverdiyev keçmiş futbolçu, hazırda “Turan Tovuz” komandasında məşqçi kimi çalışan Nizami Ocaqverdiyevin oğludur. Klub oğlunun vəfatı ilə əlaqədar Ocaqverdiyevə başsağlığı verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin