“Turan Tovuz”un legionerinin durumuna aydınlıq gəlib
Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sumqayıt”la oyununda (2:3) zədələnən “Turan Tovuz”un yarımmüdafiəçisi Piruzi Marakvelidzenin durumuna aydınlıq gəlib.
Komanda.az kluba istinadən xəbər verir ki, gürcü futbolçu üç həftə komandasına kömək edə bilməyəcək.
Müayinədən keçən Marakvelidzenin əzələsini dartdığı məlum olub. O, “Sumqayıt”la matçın birinci hissəsində Turan Vəlizadə ilə əvəzlənmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin