
“Turan Tovuz”un legionerinə milli dəvət
“Turan Tovuz”un futbolçusu Emmanuel Hakman Toqo yığmasına dəvət alıb.
Komanda.az xəbər verir ki, bu barədə Tovuz klubu məlumat yayıb.
Bildirilir ki, Hakman növbəti 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



