“Turan Tovuz”un legioneri milliyə dəvət aldı
“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə çağırılıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, yığmanın KONKAKAF Millətlər liqasının dördlər finalı üçün yekun heyətində müdafiəçi də yer alıb.
Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər. Turnirin finalı 24 mart tarixində olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin