“Turan Tovuz”un legioneri milliyə dəvət aldı

“Turan Tovuz”un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı müdafiəçi Syerra Leone və Botsvana ilə oyunlar üçün yığmaya çağrılıb. Matçlar müvafiq olaraq, sentyabrın 24-də və 27-də keçiriləcək.

Siyanda Xulu cari mövsümün əvvəlindən “Turan Tovuz”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button