“Turan Tovuz”un futbolçusunun agenti “üsyan etdi”

“Turan Tovuz”un qapıçısı İvan Konovalovun agenti Stanislav Stanislavski onun Bruney (11:0) və Suriya (11:0) ilə bu yaxınlarda keçirilmiş yoxlama oyunları üçün Rusiya millisinə dəvət edilməməsinndən narazı qalıb.

Komanda.az “Matç TV”-yə istinadən xəbər verir ki, agent Tovuz klubunun qolkiperi haqda belə deyib:

“Hazırda İvan Konovalov karyerasının yaxşı mərhələsindədir. O, əla formadadır. Azərbaycanda ən yaxşı nəticələrə malikdir. Onun komandası ilk üçlükdə yer alır, ilk dəfə çempionluq uğrunda mübarizə aparır və öz çempionatının liderləri ilə bərabər şəraitdə oynayır. İndi Rusiyada çoxlu zədəli qapıçı var. Düzünü desəm, İvanın Bruney və Suriya ilə matçlar üçün Rusiya millisinə nəyə görə dəvət olunmadığını başa düşmürəm. Mənə elə gəlir ki, Kafanov onu izləyir və yəqin ki, Konovalovun indi hansı formada olduğunun fərqinə varıb. O, Azərbaycan çempionatında ən çox “təmiz oyun” keçirib, yüksək səviyyəli oyun nümayiş etdirib. Mən istərdim ki, ona diqqət göstərilsin”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button