“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırılıb

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi növbəti dəfə Moldova millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Millətlər Liqasında Andorra və Malta yığmalarına qarşı oyunlar üçün komandaya cəlb ediləcək.

Oyunlar müvafiq olaraq oktyabrın 10-da və 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button