“Turan Tovuz”un futbolçusu antirekorda imza atıb
“Turan Tovuz”un futbolçusu Faiq Hacıyev Azərbaycan Premyer Liqasında mövsümün antirekorduna imza atıb.
Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi buna “Kəpəz”ə 1:2 hesabı ilə uduzduqları 19-cu turun matçında nail olub.
9-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılan Hacıyev çempionatda ən erkən meydandan qovulan oyunçudur.
Bunadək ən erkən qırmızı vərəqə 6-cı turun “Zirə” – “Sumqayıt” oyununda (1:0) qeydə alınmışdı. Pyer Zebli 11-ci dəqiqədə paytaxt təmsilçisini azlıqda qoymuşdu.
Faiq Hacıyev həm də Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə görən azərbaycanlı futbolçu olub. Bu müddətdə yerli statusa malik futbolçulardan heç biri daha tez cəza almayıb.
Bizi Facebook-da izləyin