
“Turan Tovuz”un futbolçusu 200-cü oyununu keçirib
“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 19-cu turuna təsadüf edib.
27 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər matçının (2:5) gedişində meydana çıxıb. Debütü 2014/2015 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub.
O, üç klubda forma geyinib. Nəcəfov “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin