
“Turan Tovuz”un baş məşqçisi adını daşıyan sektorun açılışında iştirak edib
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.
Komanda.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” – “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.
Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.
Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin